https://news.day.az/azerinews/1753637.html Beyləqanda "Mercedes" simvolik giriş qapısına çırpıldı Beyləqanda idarəetməni itirən "Mercedes" markalı minik avtomobili rayonun simvolik giriş qapısına çırpılıb. Trend-in yerli müxbirinin məlumatına görə, qəza nəticəsində dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralanan şəxslər: 2001-ci il təvəllüdlü Qazax rayon sakini Abdullayev Həmid İsrail oğlu...

Beyləqanda "Mercedes" simvolik giriş qapısına çırpıldı

Azərbaycanca, 18 мая 2025 12:16 (UTC +04:00) 901
Beyləqanda "Mercedes" simvolik giriş qapısına çırpıldı

Beyləqanda idarəetməni itirən "Mercedes" markalı minik avtomobili rayonun simvolik giriş qapısına çırpılıb.

Trend-in yerli müxbirinin məlumatına görə, qəza nəticəsində dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralanan şəxslər:

2001-ci il təvəllüdlü Qazax rayon sakini Abdullayev Həmid İsrail oğlu,

1997-ci il təvəllüdlü İsmayıllı rayon sakini Quluzadə Rəşad Rauf oğlu,

 

1997-ci il təvəllüdlü Yardımlı rayon sakini Rzazadə Ülvi Üzeyir oğlu,

1998-ci il təvəllüdlü Beyləqan rayon sakini Mövlamov Sabir Rasım oğlu.

Yaralılar Beyləqan rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Onların həyatlarına təhlükə olmadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости