Reperlərin konsertində faciə

Nyu-Yorkda QloRilla ve Finesse2tymes adlı reperlərin konserti faciə ilə nəticəlib.

Day.Az axşam.az-a istinadən xəbər verir ki, iddialara görə, atəş səslərinin eşidilməsi səbəbindən konsertdə izdiham yaşanıb və insanlar qaçmağa çalışıb. Hadisə nəticəsində 1 qadın həlak olub, 9 nəfər isə yaralanıb.

Hazırda yaralılardan ikisinin vəziyyətinin kritik olduğu bildirilir. Hadisə ilə bağlı araşdırma davam edir.