Qlobal Bakı Forumu Prezident İlham Əliyevin dəstəyi olmadan baş tuta bilməzdi - Vayra-Vike Frayberqa

Qlobal Bakı Forumu Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi olmadan baş tuta bilməzdi.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra-Vike Frayberqa 10-cu Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
O qeyd edib ki, bəşəriyyət həmrəy şəkildə davranarsa, cavab tədbirləri də öz nəticəsini verər.
"Bakı Qlobal Forumu bu çərçivədə fikir mübadiləsi aparılmasında əhəmiyyətə malikdir
Azərbaycanda qadın hüquqlarına hörmətlə yanaşılır", - Vayra-Vike Frayberqa bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb.
Martın 11-dək davam edəcək Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulacaq, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılacaq. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından olacaq. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşəcək, populizmin və ekstremizmin mənbəyini araşdıracaq, ona qarşı səmərəli mübarizə yollarını müəyyənləşdirəcəklər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре