Şuşa şəhərinin bərpasının sürəti heyrətamizdir - Nuri Aksu

Şuşa şəhərinin bərpasının sürəti heyrətamizdir.
Day.Az Trend-ə istinadən bildirir ki, bu barədə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun (TÜRKSOY) mədəniyyət və nəşrlər şöbəsinin rəhbəri Nuri Aksu bildirib.
"Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı Ermənistanın törətdiyi dağıntılar bizi çox sarsıtdı. Şuşa Azərbaycanın mədəniyyət mərkəzidir. İşğal dövründə bu şəhərin necə əziyyət çəkdiyini görmək çox məyusedicidir. Bugünkü səfərimiz bizə bu əraziləri öz gözlərimizlə görməyə imkan verdi. Burada gördüyüm təmir-bərpa işlərinin intensiv tempini nəzərə alaraq, şəhərin əvvəlki görkəminin tezliklə bərpa olunacağına əmin oldum".
Xatırladaq ki, aprelin 8-də Türk dünyasının 2023-cü il paytaxtı - Şuşa şəhərində TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasının bağlanış mərasimi keçirilib.
Bu tədbir çərçivəsində görüş iştirakçıları Şuşa şəhərinin görməli yerlərindən biri - Cıdır düzü və qala divarları ilə tanış olublar.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре