"TCS" şirkəti ADNSU-nun bir qrup müəlliminə SƏTƏM sertifikatları verdi

Sentyabrın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Qaz-neft-mədən fakültəsinin (QNMF) "Sənaye təhlükəsizliyi və əmək mühafizəsi " kafedrasının 14 nəfər müəlliminə SƏTƏM sertifikatları verilib.

Müəssisələrdə SƏTƏM xidmətlərinin yaradılması və bu xidmətlər üçün işçi personalının hazırlanması məqsədilə "TCS" şirkəti ilə ADNSU arasında bağlanmış müqaviləyə əsasən ADNSU-nun   "Sənaye təhlükəsizliyi və əməyin mühafizəsi " kafedrasının müəllim heyətinə SƏTƏM üzrə təlimlər keçirilib.

Qeyd edək ki, ADNSU əməkdaşları həm I, həm də II səviyyəli beynəlxalq SƏTƏM sertifikatına layiq görülüblər.

Xatırladaq ki, "TCS" şkrkəti 2007-ci ildən bəri dövlət qurumları və özəl şirkətlər üçün əmək mühafizəsi, təhlükəsizlik texnikası, ətraf mühitin mühafizəsi sahəsində peşəkar xidmət göstərmək, həmçinin ekspert rəyi verməyi hədəf götürmüş beynəlxalq təşkilatdır.