Aİ Azərbaycan və Ermənistanı ilin sonunadək sülh sazişi istiqamətində fəaliyyəti yekunlaşdırmağa çağırdı

Avropa İttifaqı (Aİ) növbəti dəfə Azərbaycanla Ermənistan arasında sülh sazişinə dəstəyini vurğulayıb.
Day.Az xəbər verir ki, Aİ Şurasının görüşünün yekunları barədə qeydlərdə "Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında suverenlik, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsiplərinə əsaslanmış davamlı və möhkəm sülhə dəyişməz dəstəyini vurğuladığı" qeyd olunur.
"Brüssel formatında normallaşma prosesini dəstəkləyirik və tərəfləri fəaliyyət göstərərək, bu prosesi ilin sonunadək yekunlaşdırmağa çağırırıq", - bəyanatda deyilir.
Xatırladaq ki, bir qədər əvvəl Aİ Şurasının prezidenti Şarl Mişel Brüssel tərəfindən Azərbaycan və Ermənistan liderlərinin oktyabrın sonunadək üçtərəfli görüşdə iştiraka dəvət olunduqlarını bildirib.
Lakin Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Trend-ə gözlənilən görüşün çox güman ki, baş tutmayacağını deyib.
"Həqiqətən, Azərbaycan və Ermənistan liderlərinin Brüssel formatında üçtərəfli görüşü çox güman ki, ilkin olaraq gözlənildiyi kimi, ayın sonunadək baş tutmayacaq. Hazırda Ermənistan və Azərbaycanla növbəti sammitə hazırlığa yönəlmiş məsləhətləşmələr aparırıq və liderlərin ilk fürsətdə razılaşdırıldığı kimi, Brüsseldə görüşəcəklərini gözləyirik", - deyə o əlavə edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре