Gürcüstanın baş naziri istefa verib

Gürcüstanın baş naziri İrakli Qaribaşvili istefa verib.
Day.Az xəbər verir ki, bu barədə Gürcüstan KİV-i məlumat yayıb.
xxx
14:20
Gürcüstanın hakim "Gürcü arzusu - demokratik Gürcüstan" partiyasının sədri İrakli Kobaxidzenin namizədliyi ölkənin Baş naziri postuna irəli sürüləcək.
Day.Az xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, ölkənin hazırkı Baş naziri İrakli Qaribaşvili isə partiyanın sədri vəzifəsinə təyin ediləcək.
"Yanvarın 24-ü sözügedən partiyanın Siyasi Şurasının iclası baş tutub. İclas zamanı fevralın 1-i partiyanın qurultayının keçirilməsi və bu zaman dəyişiklərin elan edilməsi barədə qərar qəbul edilib.
Bununla yanaşı, Kobaxidzenin "Gürcü arzusu - demokratik Gürcüstan" partiyasının siyasi katibi də olacaq", - məlumatda qeyd edilib.
Qeyd edək ki, Qaribaşvili Baş nazir vəzifəsini iki dəfə - 2013-2015 və 2021-2024-cü illərdə icra edib. Kobaxidze isə 2021-ci ilin yanvarından hakim partiyanın sədridir.
Məqalədə:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре