Gürcüstanda yaşayan azərbaycanlı şair vəfat etdi

Azərbaycanlı şair Tapdıq Yalçın dünyasını dəyişib.

Day.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, 65 yaşlı şairin bir müddət öncə ağır beyin əməliyyatı keçirdiyi bildirilir.

Qeyd edək ki, 80-ci illər ədəbi nəslinin istedadlı nümayəndəsi Gürcüstanda yaşayıb-yaradıb. Şair doğulduğu Gürcüstanın Qardabani rayonun Qarayazı kəndində dəfn olunacaq.