Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Prezident İlham Əliyev Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında sərəncam imzalayıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, Xankəndi Şəhər Prokurorluğu yaradılıb.

Nazirlər Kabineti Xankəndi Şəhər Prokurorluğunun yaradılması ilə əlaqədar həmin qurumun bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə təmin edilməsi və digər maddi-texniki təminatı məsələlərinin həlli üçün zəruri tədbirlər görməli, bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.