Ermənistanın COP29-da iştirak edib-etməyəcəyi ilə bağlı bizdə hər hansı məlumat yoxdur - XİN rəsmisi
COP29 tədbirində iştirakla bağlı Ermənistana dəvət göndərilib və indiyə qədər onların tədbirdə iştirak edib-etməyəcəyi ilə bağlı bizdə hər hansı məlumat yoxdur.
Day.Az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, onların iştirakı hələlik məlum deyil.
"İqlim dəyişikliyi dünyanı təhdid edən əsas problemlərdən biridir. Təhdidlə mübarizə istiqamətində bir çox ölkələr ciddi müzakirələr aparırlar.
Əhəmiyyətli müzakirələrə töhfə vermək hər bir üzv dövlətin, şübhəsiz ki, əsas prioriteti olmalıdır. Biz Ermənistanın iştirak edib-etməməsinə hər hansı şərh vermirik. Çünki müvafiq olaraq dəvət göndərilib, iştirak məsələsi onların öz seçimidir.
Şübhəsiz ki, əhəmiyyətli müzakirədə iştirak hər bir dövlət üçün önəmlidir".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре