Nəsimi rayonunda obyektdəki yanğın söndürülüb: hərəkətə qoyulmuş məhdudiyyət aradan qaldırılıb - YENİLƏNİB - FOTO
Nəsimi rayonu, "4-cü mikrorayon" dairəsi, Hüseyin Seyidzadə küçəsində baş vemiş yanğın səbəbindın Mir Cəlal Paşayev küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.
Day.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
---------
19:03
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 23.12.2024-cü il tarixində saat 18:00 radələrində Nəsimi rayonu ərazisindən çağırış daxil olub.
Bu barədə Day.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilir ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
"Yanğın söndürülüb, xəsarət alan yoxdur. Briqada hadisə yerindədir", - məlumatda qeyd olunub.
---------
19:00
Bakı şəhərinin Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində yerləşən beşmərtəbəli yaşayış binasına bitişik obyektdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə, o cümlədən binaya keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Bu barədə Day.Az-а Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
---------
18:42
Bakının Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində yerləşən obyektlərdən birində baş vermiş yanğın ilə əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.
DİN-in mətbuat xidmətindən Day.Az-а bildirilib ki, hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik tədbirləri görülür.
-----------
18:37
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Bu barədə Day.Az-а Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilir ki, hazırda yanğının söndürülməsi işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
----------
18:32

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре