Qvineya-Bisau Respublikasının Prezidenti Prezident İlham Əliyevi təbrik edib

Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident, Əziz Qardaşım.

Müqəddəs Ramazan bayramı münasibətilə Sizə dostluq və qardaşlıq ruhunda ən səmimi təbriklərimi və salamlarımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Uca və Mərhəmətli Allah orucumuzu və dualarımızı qəbul etsin, İslam ümmətinə əmin-amanlıq, tərəqqi, həmrəylik və xoşbəxtlik bəxş etsin!

Cənab Prezident, Əziz Qardaşım, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".