https://news.day.az/azerinews/1741218.html
İƏT-in Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Taha Prezident İlham Əliyevi Ramazan bayramı münasibəti ilə təbrik edib. Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir: "Zati-aliləri cənab Prezident.
İƏT-in Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Taha Prezident İlham Əliyevi Ramazan bayramı münasibəti ilə təbrik edib.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Zati-aliləri cənab Prezident.
Müqəddəs Ramazan bayramı münasibətilə Zati-alinizə şəxsən öz adımdan və İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi və qurumları adından səmimi təbriklərimizi, ən xoş arzularımızı çatdırmaqdan şərəf duyuram.
Uca Allahdan Azərbaycan Respublikasının davamlı tərəqqisi, firavanlığı, İslam ümmətinin əmin-amanlığı, təhlükəsizliyi və rifahı üçün dua edirik.
Zati-aliləri cənab Prezident, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре