https://news.day.az/azerinews/1746378.html
Berlinin mərkəzində naməlum silahlı şəxslər atəş açıblar
Bu gün səhər saatlarında naməlum silahlı şəxslər Berlinin mərkəzindəki "Hilton" otelinin qarşısında atəş açıb, ən azı bir nəfər yaralanıb. Trend-in məlumatına görə, bu barədə "Bild" qəzeti xəbər verib.
"Oteldə atəş açıldığını təsdiqləyə bilərik. Bir nəfərin yaralandığı görünür.
Berlinin mərkəzində naməlum silahlı şəxslər atəş açıblar

Bu gün səhər saatlarında naməlum silahlı şəxslər Berlinin mərkəzindəki "Hilton" otelinin qarşısında atəş açıb, ən azı bir nəfər yaralanıb.
Trend-in məlumatına görə, bu barədə "Bild" qəzeti xəbər verib.
"Oteldə atəş açıldığını təsdiqləyə bilərik. Bir nəfərin yaralandığı görünür. Hazırda hadisələrin gedişatı ilə bağlı araşdırma aparılır", - deyə Berlin polisindəki nəzarət mərkəzinin nümayəndəsi bildirib.
Məlumata əsasən, atışma yerli vaxtla saat 04:45-də baş verib. Polis iki şübhəli şəxs ilə bağlı axtarış elan edib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре