“İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə” dəyişib

"İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə"də dəyişiklik edilib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Əsasnamədən Komissiyanın nəzdində daimi fəaliyyət göstərən katibliyin funksiyalarını Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin həyata keçirməsi ilə bağlı müddəa çıxarılıb.

Dövlət Başçısı müvafiq Fərmanın icrası ilə bağlı Sərəncam imzalayıb.