https://news.day.az/azerinews/1753038.html Azərbaycan təyyarələri beynəlxalq təlimdə "fil yürüşü" ediblər - FOTO Qardaş Türkiyə Respublikasının Konya şəhərində keçirilən "Anatolian Phoenix - 2025" ("Anadolu Ankası - 2025") beynəlxalq axtarış-xilasetmə təlimi davam edir.

Azərbaycan təyyarələri beynəlxalq təlimdə "fil yürüşü" ediblər - FOTO

Azərbaycanca, 15 мая 2025 20:08 (UTC +04:00) 560
Azərbaycan təyyarələri beynəlxalq təlimdə "fil yürüşü" ediblər

Qardaş Türkiyə Respublikasının Konya şəhərində keçirilən "Anatolian Phoenix - 2025" ("Anadolu Ankası - 2025") beynəlxalq axtarış-xilasetmə təlimi davam edir.

Müdafiə Nazirliyindən Day.Az-a verilən məlumata görə, əvvəlcə təlimin planına uyğun olaraq keçirilən brifinqdə təlim iştirakçılarına təhlükəsizlik qaydaları, yerinə yetiriləcək tapşırıqlar və onların icra ardıcıllığı, axtarış-xilasetmə tədbirlərinin görüləcəyi ərazinin relyefi və iqlimi ilə bağlı zəruri məlumatlar verilib.

Beynəlxalq təlimdə iştirak edən müxtəlif ölkələrin təyyarələri birlikdə "fil yürüşü" ediblər. Sonra iştirakçılar uçuş tapşırıqlarının yerinə yetiriləcəyi rayonlara baxış keçiriblər.

Həmçinin, ərazi ilə tanışlıq məqsədilə praktiki uçuşlar yerinə yetirilib. Uçuşlar zamanı qarşılıqlı fəaliyyət və rabitə əlaqəsi yoxlanılıb.

Qeyd edək ki, təlim mayın 23-dək davam edəcək.

  • Azərbaycan təyyarələri beynəlxalq təlimdə "fil yürüşü" ediblər

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости