https://news.day.az/azerinews/1753594.html Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək 19-22 may tarixlərində Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək. Day.Az bildirir ki, bu barədə Trend-ə Azərbaycan Mədəniyyət Nazirliyindən bildirilib. Vurğulanır ki, Mədəniyyəti Günləri strateji tərəfdaş olan ölkələrimizin daha da yaxınlaşmasına, mədəni mübadiləyə yeni töhfələr verəcək.

Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

Azərbaycanca, 18 мая 2025 07:32 (UTC +04:00) 462
Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

19-22 may tarixlərində Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək.

Day.Az bildirir ki, bu barədə Trend-ə Azərbaycan Mədəniyyət Nazirliyindən bildirilib.

Vurğulanır ki, Mədəniyyəti Günləri strateji tərəfdaş olan ölkələrimizin daha da yaxınlaşmasına, mədəni mübadiləyə yeni töhfələr verəcək.

Qeyd edək ki, 2007-ci ildə Azərbaycanda ilk dəfə Tacikistan Mədəniyyət Günləri, 2008-ci ildə isə dost ölkədə mədəniyyət günlərimiz gerçəkləşib.

Sonrakı dövrdə qarşılıqlı olaraq kitab sərgilərində iştirak, eyni zamanda iki ölkənin yaradıcı kollektivlərinin səfərləri, nəhayət, 2024-cü ilin may ayında Bakı və Gəncə şəhərlərində təşkil olunan Tacikistan Mədəniyyəti Günləri iki ölkə arasında mədəni əlaqələrin tərəqqisinin göstəricisidir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости