https://news.day.az/azerinews/1754374.html Azərbaycan səfirliyinə hücum edən şəxs edam olunub - FOTO Bu gün səhər Tehranda Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxs (Yasin Hüseynzadə) Tehranda edam olunub. Day.Az xəbər verir ki, Trend bu barədə İranın Məhkəmə Sisteminin informasiya portalına istinadən məlumat verib. Qeyd edək ki, 27 yanvar 2023 tarixində Azərbaycanın Tehrandakı Səfirliyinə qarşı terror aktı törədilib.

Azərbaycan səfirliyinə hücum edən şəxs edam olunub - FOTO

Azərbaycanca, 21 мая 2025 09:49 (UTC +04:00) 595
Azərbaycan səfirliyinə hücum edən şəxs edam olunub

Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən Yasin Hüseynzadə bu gün səhər Tehranda edam olunub.

Day.Az xəbər verir ki, Trend bu barədə İranın Məhkəmə Sisteminin informasiya portalına istinadən məlumat verib.

Məlumata görə, 27 yanvar 2023-cü ildə Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən Hüseynzadə haqda Tehran Cinayət Məhkəməsində istintaq işi təkmilləşdirilməsi ilə Tehran Prokurorluğu müttəhimə qarşı müxtəlif ittihamlar, o cümlədən Azərbaycan vətndaşlarından birini səfirliyin binasında odlu silahdan istifadə etməklə qəsdən öldürmək, qeyri-qanuni silah-sursat almaq, saxlamaq və ictimai asayişi pozmaq ittihamları irəli sürərək ən ağır cəzanın verilməsini istəyib.

İttiham aktının məhkəməyə göndərilməsi ilə Azərbaycan səfirliyinə hücum edən şəxsin cinayət işi müttəhim və onun vəkillərinin iştirakı ilə bir neçə iclasda araşdırılıb və məhkəmə müttəhimin edam olunmasına qərar verib.

İranın Ali Məhkəməsinin sözügedən qərarı təsdiqləməsi ilə Azərbaycan səfirliyinə hücum edən şəxs bu gün səhər yerli vaxtla 08:00-da edam olunub.

Qeyd edək ki, 27 yanvar 2023 tarixində Azərbaycanın Tehrandakı Səfirliyinə qarşı terror aktı törədilib. Terror aktı nəticəsində Səfirliyin bir əməkdaşı şəhid olub, iki əməkdaşı isə yaralanıb.

  • Azərbaycan səfirliyinə hücum edən şəxs edam olunub
  • Azərbaycan səfirliyinə hücum edən şəxs edam olunub
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости