Səhiyyə Nazirliyi Aparatının işçilərinin sayı artırılıb

Səhiyyə Nazirliyi Aparatının işçilərinin sayı artırılıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Səhiyyə Nazirliyi Aparatının işçilərinin sayı 130 nəfərdən 138-ə qaldırılıb.