https://news.day.az/azerinews/1756072.html Qarabağ və Şərqi Zəngəzur üzrə quraşdırılan elektrik doldurma məntəqələrinin sayı məlum olub 2023-cü illə müqayisədə dövlət qeydiyyatına alınan elektrik və hibrid mühərrikli nəqliyyat vasitələrinin sayı iki dəfə artıb. Respublika üzrə 291 məntəqədə 608 ədəd elektrik doldurma cihazı quraşdırılıb.

Qarabağ və Şərqi Zəngəzur üzrə quraşdırılan elektrik doldurma məntəqələrinin sayı məlum olub

Azərbaycanca, 27 мая 2025 16:52 (UTC +04:00) 425
Qarabağ və Şərqi Zəngəzur üzrə quraşdırılan elektrik doldurma məntəqələrinin sayı məlum olub

2023-cü illə müqayisədə dövlət qeydiyyatına alınan elektrik və hibrid mühərrikli nəqliyyat vasitələrinin sayı iki dəfə artıb. Respublika üzrə 291 məntəqədə 608 ədəd elektrik doldurma cihazı quraşdırılıb.

Day.Az xəbər verir ki, bunu Daxili işlər nazirinin müavini, polis general-leytenantı Oqtay Kərimov "Yaşıl nəqliyyat biznesi: imkanlar və perspektivlər" mövzusunda bu gün Bakıda keçirilən ictimai müzakirədə deyib.

"Onlardan 160 məntəqə üzrə 426-sı Bakı şəhərində, 17 məntəqə üzrə 17-si Qarabağda, 2 məntəqə üzrə 4-ü Şərqi Zəngəzurda, 101 məntəqə üzrə 161-i digər ərazilərdədir.

Həmin cihazlardan 46 məntəqə üzrə 130-u "Azərişıq" ASC-də, 245 məntəqə üzrə 478-i isə digər fiziki və hüquqi şəxslərə məxsusdur", - o bildirib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости