Ermənistan silahlı qüvvələrinin “Smerç” raketini atması nəticəsində yaralandım - Zərərçəkmiş şəxs

Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs Elçin Şirinov bildirib ki, 2020-ci il oktyabrın 28-də saat 13 radələrində "VAZ 21074" markalı avtomobillə Bərdə şəhərində olarkən Ermənistan silahlı qüvvələri tərəfindən atılmış "Smerç" raketi düşüb.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, o, hadisə nəticəsində dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid qəlpə xəsarətləri alıb.
"Bərdəyə çox sayda hücum oldu. "Smerç"ləri dəfələrlə atıblar. Nəticədə çoxlu sayda ölən, yaralanan oldu", - deyə zərərçəkmiş şəxs bildirib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре