https://news.day.az/azerinews/1757695.html Somali "yaşıl" enerji sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir - Nazir Somali enerji sahəsində Azərbaycanla tərəfdaşlığa böyük önəm verir. Day.Az Trend-ə istinadən xəbər verir ki, bu haqda Somali Federativ Respublikasının Energetika və Su Ehtiyatları naziri Abdullahi Bidxan Varsame Bakı Enerji Forumunda çıxışı zamanı bildirib.

Somali "yaşıl" enerji sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir - Nazir

Azərbaycanca, 3 июня 2025 10:33 (UTC +04:00) 409
Somali "yaşıl" enerji sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir

Somali enerji sahəsində Azərbaycanla tərəfdaşlığa böyük önəm verir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu haqda Somali Federativ Respublikasının Energetika və Su Ehtiyatları naziri Abdullahi Bidxan Varsame Bakı Enerji Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Somali Azərbaycanla strateji tərəfdaşlığı yüksək qiymətləndirir və təmiz enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsinə çalışır.

"Enerji sektorunun keçidi ilə bağlı səylərimiz çərçivəsində Somali Azərbaycanın Energetika Nazirliyi ilə bərpa olunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə dair qarşılıqlı Anlaşma memorandumu imzalayıb", - deyə nazir qeyd edib.

O həmçinin vurğulayıb ki, Bakı Enerji Forumu qlobal tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi üçün mühüm platformaya çevrilib.

"Bu platforma bizi birgə təşəbbüslərə cəlb etməyə, enerji keçidimizi daha inklüziv və dayanıqlı etməyə kömək edir", - deyə Varsame əlavə edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости