https://news.day.az/azerinews/1761025.html Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşayan əhalinin sayı açıqlanıb Bu günədək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yenidən tikilən və ya bərpaolunan evlərinə qayıdan keçmiş məcburi köçkünlərin sayı 15 minə (3 721 ailə) yaxındır. Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşayan əhalinin sayı açıqlanıb

Azərbaycanca, 17 июня 2025 10:01 (UTC +04:00) 447
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşayan əhalinin sayı açıqlanıb

Bu günədək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yenidən tikilən və ya bərpaolunan evlərinə qayıdan keçmiş məcburi köçkünlərin sayı 15 minə (3 721 ailə) yaxındır.

Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib.

F.Hüseynov bildirib ki, bu ərazilərdə olan əhali yalnız keçmiş məcburi köçkünlərlə kifayətlənmir.

"Dövlət qurumlarının yeni qurulmuş bölmələrində, genişmiqyaslı yenidənqurma və bərpa işlərində çalışanları da nəzərə alsaq, ümumilikdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında məskunlaşan əhalinin sayı 44 minə yaxındır", - deyə sədr müavini vurğulayıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости