Bahar Muradova Gəncədə eyni məktəbdə yeniyetmələrin başına gələn faciələrlə bağlı sualı cavablandırıb

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Elgün hadisəsindən sonra Gəncədə onunla eyni məktəbdə yeniyetmələrin başına gələn faciələrlə bağlı suala fikir bildirib.

Day.Az bildirir ki, Trend-in Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, komitə sədri bununla bağlı Laçında keçirilən ECO Qadınlar Forumu zamanı jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, həmin hadisələrlə bağlı suallara cavab tapılmalıdır:

"İstər hüquqi cəhətdən, istər mənəvi cəhətdən bu doğru olar. Bizim hər birimizin buna bir cavabı olmalıdır.

Çünki cəmiyyətdə belə hadisələr baş verirsə, laqeyd qalmaq olmaz".

O qeyd edib ki, belə faciələrin baş verməsi cəmiyyətə ziyan vurur:

"Bunun olmaması üçün çalışmalıyıq. Həm məktəb, həm buna bağlı digər sahələr məsələdə məsuliyyət daşımalı, araşdırma aparmalıdırlar. Açıqlamalarında ehtiyatlı olmalıdırlar. Bu haqda fikir bildirərkən vəziyyətə necə təsir edəcəyini düşünməlidirlər. Çünki sahə ciddi şəkildə məsuliyyətli yanaşma tələb edir. Təbii ki, cinayət varsa məsuliyyətə cəlb olunma işləri aparılmalıdır".