https://news.day.az/azerinews/1765637.html Bu əlamətləri nəzərə almadı, 15 ay sonra bağırsaq xərçəngindən öldü İngiltərədə yaşayan 44 yaşlı Laura Dawson bağırsaq xərçəngi diaqnozu qoyulduqdan 15 ay sonra vəfat edib. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, iki uşaq anası olan qadın yaşadığı şişkinlik və yorğunluğu menopozla əlaqələndirərək həkimə getməyib.

Bu əlamətləri nəzərə almadı, 15 ay sonra bağırsaq xərçəngindən öldü

Azərbaycanca, 6 июля 2025 02:39 (UTC +04:00) 452
Bu əlamətləri nəzərə almadı,

İngiltərədə yaşayan 44 yaşlı Laura Dawson bağırsaq xərçəngi diaqnozu qoyulduqdan 15 ay sonra vəfat edib.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, iki uşaq anası olan qadın yaşadığı şişkinlik və yorğunluğu menopozla əlaqələndirərək həkimə getməyib.

Ağrıları dözülməz hal alanda təcili yardıma aparılıb və üçüncü mərhələ bağırsaq xərçəngi aşkarlanıb. Altı aylıq kimyaterapiyadan sonra xərçəng yox olmuş kimi görünsə də, bir ay sonra daha da yayılmış şəkildə geri qayıdıb.

Son aylarını müalicədən imtina edib ailəsi ilə keçirməyi seçən Dawson "Xərçəng mənə həyatın dəyərini öyrətdi" deyib. Onun hekayəsi 50 yaşdan aşağı şəxslər arasında bağırsaq xərçənginin artdığını göstərən statistikalarla üst-üstə düşür.

Ətraflı

Mütəxəssislər erkən əlamətlərin - qəbizlik, qanlı nəcis, qarın ağrısı, arıqlama və yorğunluğun - ciddiyə alınmasını və vaxtında həkimə müraciət edilməsini tövsiyə edir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости