https://news.day.az/azerinews/1769796.html
Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib - FOTO
Ölkəmizdə səfərdə olan Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Ali iyulun 24-də Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.

Day.Az xəbər verir ki, nazir əvvəlcə Fəxri xiyabana gələrək, xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyub.
Daha sonra Abdisalam Abdi Ali Şəhidlər xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре