https://news.day.az/azerinews/1772429.html Turizm şirkəti ilə əməkdaşlıq edən bələdçilər üçün hansı güzəştlər tətbiq edilir? Mövcud qanunvericiliyə əsasən, turizm şirkəti ilə əməkdaşlıq edən və 2024-cü ildən Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə əlaqədar 75 % güzəştdən faydalana bilməyən bələdçilər üçün də güzəştlər tətbiq edilir. Day.Az xəbər verir ki,Bu barədə Trend-ə Dövlət Vergi Xidmətindən məlumat verilib.

Turizm şirkəti ilə əməkdaşlıq edən bələdçilər üçün hansı güzəştlər tətbiq edilir?

Azərbaycanca, 6 августа 2025 16:30 (UTC +04:00) 408
Turizm şirkəti ilə əməkdaşlıq edən bələdçilər üçün hansı güzəştlər tətbiq edilir?

Mövcud qanunvericiliyə əsasən, turizm şirkəti ilə əməkdaşlıq edən və 2024-cü ildən Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə əlaqədar 75 % güzəştdən faydalana bilməyən bələdçilər üçün də güzəştlər tətbiq edilir.

Day.Az xəbər verir ki,Bu barədə Trend-ə Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, Vergi Məcəlləsinə əsasən, 2025-ci ildən bir sıra fəaliyyət növləri, o cümlədən turizm bələdçiliyi ilə məşğul olan və həmin fəaliyyət növlərindən təqvim ili üzrə əldə etdikləri gəlirlərin həcmi 45 min manatadək olan fiziki şəxslərin həmin fəaliyyətdən əldə etdikləri gəlirlərinin 75 %-i gəlir vergisindən azaddır.

Qeyd edək ki, sözügedən qayda Prezident İlham Əliyevin 2024-cü il dekabrın 16-da imzaladığı "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanunda öz əksini tapıb. Bu qanun 2025-ci il yanvarın 1-dən qüvvəyə minib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости