https://news.day.az/azerinews/1773370.html Ağcabədidə 2 yük avtomobili toqquşub, sürücülər xəsarət alıb Ağcabədidə 2 yük avtomobili toqquşub, sürücülər xəsarət alıb. Trend-in Qarabağ bürosunun xəbərinə görə, hadisə ötən gecə rayonun Qaradolaq kəndi ərazisində baş verib.

Ağcabədidə 2 yük avtomobili toqquşub, sürücülər xəsarət alıb

Azərbaycanca, 11 августа 2025 12:03 (UTC +04:00) 1 077
Ağcabədidə 2 yük avtomobili toqquşub,

Ağcabədidə 2 yük avtomobili toqquşub, sürücülər xəsarət alıb.

Trend-in Qarabağ bürosunun xəbərinə görə, hadisə ötən gecə rayonun Qaradolaq kəndi ərazisində baş verib.

Belə ki, Ağcabədi rayonu Aşağı Avşar kənd sakini 1997 - ci il təvəllüdlü Seymurov İsmayıl Vüqar oğlunun idarə etdiyi "KamAZ" markalı yük avtomobili Biləsuvar rayon sakini 1962 - ci il təvəllüdlü Nadirov Əhliman Xanoğlan oğlunun idarə etdiyi "KamAZ" markalı yük avtomobili ilə toqquşub.

 

Hadisə yerinə FHN -nin xilasetmə qüvvələri cəlb edilib. Sıxılı vəziyyətdə qalan Ağcabədi rayon sakini Ə.Nadirov deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Yaralılar Ağcabədi Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətlərinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости