Ötən ay qan verənlərin 44 nəfəri əcnəbi olub

Səhiyyə Nazirliyi Respublika Qan Bankına (mərkəzə) 2025-ci ilin iyul ayı ərzində 4503 nəfər qan donorluğu üçün müraciət edib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Respublika Qan Bankındən məlumat verilib.

 

Bildirilib ki, onlardan 4184 nəfərdən qan götürülüb.

"Qan verənlərin 44 nəfəri əcnəbi olub. Bu ilin iyul ayı ərzində Respublika Qan Bankı tərəfindən 10100-dən çox qan və qan komponentlərinin buraxılışı həyata keçirilib", - deyə məlumatda qeyd edilib.