AİB Azərbaycanın iştirakı ilə özəl sektorun töhfələrinin artırılması üzrə layihənin icrasına başlayıb

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın da iştirak etdiyi "Özəl sektor əməliyyatlarında inkişaf təsirinin dərinləşdirilməsi" adlı texniki yardım layihəsinin icrasına başladığını elan edib,
Bu barədə Day.Az banka istinadən xəbər veirr.
AİB-in Xüsusi Texniki Yardım Fondundan 2,19 milyon dollar məbləğində maliyyələşdirilən təşəbbüs rəsmi olaraq icra mərhələsinə keçib.
Layihə inkişaf etməkdə olan AİB üzv ölkələrində layihələrin keyfiyyətinin artırılması yolu ilə özəl sektorun inkişafa töhfəsini maksimumlaşdırmağa yönəlib. AİB-2030 Strategiyasına uyğun olaraq texniki yardım ərzaq təhlükəsizliyi problemlərinin həllinə, rəqəmsal uçurumun azaldılmasına, dayanıqlı enerji sistemlərinin inkişafına və iqlim dəyişikliklərinə dayanıqlığın artırılmasına fokuslanacaq.
Proqramın əsas istiqamətlərinə daxildir:
- yüksək təsirə malik özəl sektor investisiyalarını stimullaşdırmaq üçün layihə portfelinin inkişafı və layihələndirmənin təkmilləşdirilməsi;
- inkişaf sahəsində daha yüksək nəticələrin əldə olunması üçün layihələrin icra səmərəliliyinin artırılması
- özəl sektor vasitəsilə inkişaf təsirinin qiymətləndirilməsinin təkmilləşdirilməsi və bilik mübadiləsinin gücləndirilməsi.
Azərbaycanla yanaşı, layihə AİB üzv ölkələrinin geniş çevrəsini əhatə edir: Əfqanıstan, Ermənistan, Banqladeş, Butan, Bruney-Darüssəlam, Kamboca, Kuk adaları, Fidji, Mikroneziya Federativ Ştatları, Gürcüstan, Hindistan, İndoneziya, Qazaxıstan, Qırğızıstan, Kiribati, Laos, Malayziya, Maldiv adaları, Monqolustan, Myanma, Nauru, Nepal, Niue, Pakistan, Palau, Filippin, Papua-Yeni Qvineya, Çin, Marşall adaları, Samoa, Solomon adaları, Şri-Lanka, Tacikistan, Tailand, Timor-Leste, Türkmənistan, Tonqa, Türkiyə, Tuvalu, Özbəkistan, Vanuatu və Vyetnam.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре