https://news.day.az/azerinews/1781318.html BDYPİ yollarda sıxlığın qarşısını almaq məqsədilə xidməti nəzarəti gücləndirib - VİDEO Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakıda və paytaxtın giriş-çıxış yollarında nəqliyyatın hərəkət intensivliyini nəzərə alaraq, sıxlıqların qarşısının alınması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə xidməti nəzarəti gücləndirib.

BDYPİ yollarda sıxlığın qarşısını almaq məqsədilə xidməti nəzarəti gücləndirib - VİDEO

Azərbaycanca, 18 сентября 2025 13:33 (UTC +04:00) 323
BDYPİ yollarda sıxlığın qarşısını almaq məqsədilə xidməti nəzarəti gücləndirib

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakıda və paytaxtın giriş-çıxış yollarında nəqliyyatın hərəkət intensivliyini nəzərə alaraq, sıxlıqların qarşısının alınması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə xidməti nəzarəti gücləndirib.

BDYPİ-nin mətbuat xidmətindən Day.Az-a verilən məlumata görə, xüsusilə günün pik saatlarında əlavə yol-patrul naryadları xidmətə cəlb olunur, hərəkət axınının tənzimlənməsi, dayanma-durma qaydalarının pozulmasının qarşısının alınması istiqamətində davamlı tədbirlər həyata keçirilir.

BDYPİ bir daha bütün hərəkət iştirakçılarını qaydalara ciddi əməl etməyə, yol polisi əməkdaşlarının tələblərinə hörmətlə yanaşmağa çağırır və xatırladır ki, bu, hər kəsin təhlükəsizliyinin təmin olunmasına xidmət edir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости