https://news.day.az/azerinews/1781861.html Formula 1: Sıralama turu başladı, sürücülərin əsas yarış üçün mövqeləri müəyyənləşir Bakıda təşkil olunan Azərbaycan Qran-Prisinin ikinci günündə Formula 1 üzrə sıralama turu start götürüb. Day.Az xəbər verir ki, yarışda 10 komanda və 20 sürücü iştirak edir. Sıralama turu nəticəsində sürücülərin əsas yarışdakı mövqeləri müəyyənləşəcək.

Formula 1: Sıralama turu başladı, sürücülərin əsas yarış üçün mövqeləri müəyyənləşir

Azərbaycanca, 20 сентября 2025 16:05 (UTC +04:00) 417
Formula 1: Sıralama turu başladı, sürücülərin əsas yarış üçün mövqeləri müəyyənləşir

Bakıda təşkil olunan Azərbaycan Qran-Prisinin ikinci günündə Formula 1 üzrə sıralama turu start götürüb.

Day.Az xəbər verir ki, yarışda 10 komanda və 20 sürücü iştirak edir.

Sıralama turu nəticəsində sürücülərin əsas yarışdakı mövqeləri müəyyənləşəcək.

Xatırladaq ki, Formula 1 üzrə ilk sərbəst yürüşdə "McLaren" komandasının britaniyalı pilotu Lando Norris, ikinci sərbəst yürüşdə "Ferrari"nin üzvü britaniyalı Lyuis Hemilton, üçüncü sərbəst yürüşdə "McLaren"dən britaniyalı Lando Norris birinci olub.

Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 21-də yekun vurulacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости