https://news.day.az/azerinews/1787183.html
Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri seçilməklə bağlı məhdudiyyət aradan qaldırılır
Heç kəsin iki dəfədən artıq təkrarən Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri seçilə bilməməsi qadağası aradan qaldırılır. Day.Az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri seçilməklə bağlı məhdudiyyət aradan qaldırılır
Heç kəsin iki dəfədən artıq təkrarən Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri seçilə bilməməsi qadağası aradan qaldırılır.
Day.Az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Vəkillər Kollegiyasının regional qurumlarının (mərkəzlərinin), hüquqi yardım mərkəzlərinin tədris mərkəzlərinin rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edəcək.
Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре