Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı təbrik edib

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı təbrik edib.

Day.Az xəbər verir ki, qardaş ölkənin müdafiə nazirliyi Azərbaycanın müstəqilliyinin bərpasının 34-cü ildönümü ilə əlaqədar sosial şəbəkədə paylaşım edib.

Paylaşımda iki qardaş ölkənin birliyinin sarsılmazlığı vurğulanır.

"Qardaş Azərbaycan xalqını səmimi-qəlbdən salamlayırıq. Biz "Bir millət, iki dövlət" kəlamı kontekstində həmişə bir olacağıq. Yaşasın Türkiyə və Azərbaycan!", - nazirliyin paylaşımında bildirilir.