Azərbaycanla Aİ arasında dialoqda müsbət dinamika var

2025-ci ilin əvvəlindən Azərbaycan və Avropa İttifaqı arasında dialoqun çox müsbət dinamikası və canlanması müşahidə olunur.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri Marqus Tsaxna ilə birgə mətbuat konfransında deyib.

"Bugünkü danışıqlarda yeni Aİ-nin formalaşdırılması kontekstində Azərbaycan və Aİ arasında əlaqələr müzakirə olunub. Biz 2025-ci ilin əvvəlindən Azərbaycan-Aİ dialoqunda fəal və müsbət prosesi müşahidə edirik ki, bu da bizi çox sevindirir".

C.Bayramov qeyd edib ki, son aylar ərzində Aİ-nin bir neçə yüksək vəzifəli rəsmisi Azərbaycana səfər edib, azərbaycanlı nazirlərlə görüşlər keçirib, müxtəlif məsələlərlə bağlı danışıqlar aparıb.