Ceyhun Bayramov Oman Krallıq İdarəsinin naziri ilə regional vəziyyəti müzakirə edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Omana səfəri çərçivəsində bu ölkənin naziri Sultan bin Məhəmməd Əl Nomani ilə görüşüb.

Day.Az xəbər verir ki, Ceyhun Bayramov bu barədə "X" hesabında paylaşım edib.

"Oman Krallıq İdarəsinin naziri, general Sultan bin Məhəmməd Əl Nümanini görməkdən məmnun oldum. Azərbaycan və Oman arasında əlaqələrin dərinləşdirilməsi, ticarət, investisiya, turizm, təhsil və humanitar sahələrdə əməkdaşlığın gücləndirilməsi barədə səmərəli fikir mübadiləsi apardıq. BMT, İƏT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığımızın möhkəmləndirilməsi, həmçinin dialoqun və yüksək səviyyəli təmasların genişləndirilməsinin vacibliyini vurğuladıq. Həmçinin hazırkı regional vəziyyəti müzakirə etdik", - deyə nazirin paylaşımında qeyd olunub.