Prezident İlham Əliyev Pakistanda "ASAN xidmət" təcrübəsinin tətbiqi ilə bağlı Sazişi təsdiqləyib

Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Pakistan İslam Respublikasında "ASAN xidmət" təcrübəsinin tətbiqi istiqamətində əməkdaşlığa dair Saziş" təsdiq edilib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, 2025-ci il sentyabrın 10-da İslamabad şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Pakistan İslam Respublikasında "ASAN xidmət" təcrübəsinin tətbiqi istiqamətində əməkdaşlığa dair Saziş" təsdiq edilib.

Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Pakistan İslam Respublikası Hökumətinə bildiriş göndərməlidir.