Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Özbəkistana səfərə dəvət edib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevi Özbəkistana səfərə dəvət edib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, Şavkat Mirziyoyevin İlham Əliyevə Zəfər Günü münasibətilə göndərdiyi təbrik məktubunda bu barədə qeyd olunub.

Şavkat Mirziyoyev İlham Əliyevi bu ölkədə keçiriləcək Mərkəzi Asiyanın dövlət başçılarının növbəti Məşvərət Görüşünə dəvət edib.