https://news.day.az/azerinews/1794680.html Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerə başsağlığı verib. Day.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib

Azərbaycanca, 11 ноября 2025 17:26 (UTC +04:00) 465
Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerə başsağlığı verib.

Day.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Başsağlığında deyilir: "Azərbaycandan Türkiyəyə yola düşən C130 hərbi yük təyyarəsinin Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğraması xəbəri məni dərindən kədərləndirdi.

Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости