Türkiyəyə məxsus C130 təyyarəsi radarlardan itib - Gürcüstan Hava Naviqasiyası Administrasiyası
Türkiyəyə məxsus C130 təyyarəsi Gürcüstan ərazisinə daxil olandan bir neçə dəqiqə sonra radarlardan itib.
Day.Az ölkənin yerli KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Hava Naviqasiyası Administrasiyası məlumat yayıb.
Bildirilir ki, təyyarə həyəcan siqnalı verməyib:
"Gürcüstan ərazisinə daxil olandan bir neçə dəqiqə sonra Türkiyənin C130 təyyarəsi həyəcan siqnalı vermədən radarlarımızdan itib. Hadisədən sonra Gürcüstan Hava Naviqasiya Xidməti tərəfindən müəyyən edilmiş axtarış-xilasetmə tədbirləri həyata keçirilməyə başlanıb".
Qeyd edək ki, bu gün Azərbaycandan havaya qalxan Türkiyəyə məxsus C130 hərbi yük təyyarəsi Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре