Fazilə İmanova VI İslam Həmrəyliyi Oyunlarında körpücük üzərinə çıxıb

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında daha bir azərbaycanlı atlet körpücük üzərinə çıxıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Ağırlıqqaldırma Federasiyası məlumat yayıb.

Fazilə İmanova 77 kq çəki dərəcəsində iki hərəkətin cəmində 189 kq (84 kq + 105 kq) nəticə göstərib.

Qeyd edək ki, idmançımız yarışı yeddinci pillədə başa vurub.