https://news.day.az/azerinews/1796054.html Bu sürücülər işdən azad edilib - RƏSMİ AÇIQLAMA Hazırda "BakuBus" MMC-də 3 047 nəfər sürücü fəaliyyət göstərir. Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq "Bakubus" MMC-dən məlumat verilib.

Bu sürücülər işdən azad edilib - RƏSMİ AÇIQLAMA

Azərbaycanca, 17 ноября 2025 14:21 (UTC +04:00) 346
Bu sürücülər işdən azad edilib

Hazırda "BakuBus" MMC-də 3 047 nəfər sürücü fəaliyyət göstərir.

Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq "Bakubus" MMC-dən məlumat verilib.

Bildirilib ki, cari ilin bu gününədək, intizam tələblərinə riayət etməyən hallara görə, əmək qanunvericiliyinə uyğun olaraq 17 sürücü işdən azad edilib, 125 sürücü isə yazılı və şifahi xəbərdarlıq alıb.

"Qeyd edirik ki, sürücülərin işə qəbul zamanı keçirilən təlimlərinin bir hissəsi sərnişinlə ünsiyyət və davranış qaydalarının təlim proqramına daxil edilir. Bundan əlavə, bütün sürücülərlə sərnişinlərlə münasibətlərə dair mütəmadi söhbətlər aparılır".

Qurumdan vurğulanıb ki, 3 047 nəfərlik sürücü heyətinin hər birinin məsuliyyətli və peşəkar xidmət göstərməsi əsas prioritetdir:

"Bu səbəbdən, sərnişinlərlə münasibətdə pozuntu halları aşkarlandıqda, intizam prosedurları çərçivəsində müvafiq tədbirlər həyata keçirilir",- məlumatda əlavə edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости