https://news.day.az/azerinews/1796755.html Hər kəsin etdiyi təhlükəli səhv - Bu yeməkləri ikinci dəfə isitməyin! Bəzi qidaların təkrar qızdırılması sağlamlıq üçün ciddi risk yarada bilər. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə İngiltərə Qrinviç Universitetinin Qida Təhlükəsizliyi üzrə mütəxəssisi Dr. Steysi Duvenagen deyib.

Hər kəsin etdiyi təhlükəli səhv - Bu yeməkləri ikinci dəfə isitməyin!

Azərbaycanca, 21 ноября 2025 06:45 (UTC +04:00) 383
Hər kəsin etdiyi təhlükəli səhv

Bəzi qidaların təkrar qızdırılması sağlamlıq üçün ciddi risk yarada bilər.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə İngiltərə Qrinviç Universitetinin Qida Təhlükəsizliyi üzrə mütəxəssisi Dr. Steysi Duvenagen deyib.

Onun sözlərinə görə, bu qidaların strukturunda baş verən dəyişikliklər bakteriyaların çoxalmasına və zəhərli maddələrin əmələ gəlməsinə səbəb olur.

Mütəxəssis xüsusilə aşağıdakı qidaların təkrar qızdırılmamasını tövsiyə edir:

• Ispanaq - Nitratın nitritə çevrilməsi nəticəsində xüsusilə uşaqlar üçün təhlükə yaradır.
• Toyuq - Campylobacter və Salmonella kimi bakteriyalar düzgün saxlanmadıqda çoxalır.
• Düyü - Otaq temperaturunda qalan düyüdə Bacillus cereus bakteriyaları artır və qızdırmaq onları məhv etmir.
• Kartof - Təkrar qızdırıldıqda botulizm riski yüksəlir.
• Göbələk - Zülal strukturu dəyişir və həzm problemlərinə səbəb ola bilər.

Mütəxəssislər hazır yeməklərin bir dəfə hazırlanıb dərhal və ya soyudulub sadəcə bir dəfə istehlak edilməsini tövsiyə edirlər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости