Azərbaycan–Rumıniya tərəfdaşlığının istiqamətləri müzakirə edilib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rumıniyanın xarici işlər naziri Oana-Silvia Toyu ilə görüşüb.

Day.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində yazıb.

Görüş Vyanada keçirilən ATƏT-in Nazirlər Şurasının iclası çərçivəsində keçirilib.

Nazirlər Azərbaycan-Rumıniya tərəfdaşlığının istiqamətləri, xüsusilə enerji təhlükəsizliyi, nəqliyyat əlaqələri və daha geniş bağlantılar sahəsində əməkdaşlıq müzakirə ediblər.