https://news.day.az/azerinews/1802017.html Hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edir. Bu barədə Trend-ə Agentliyin İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Pərvanə İmanova məlumat verib.

Hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ

Azərbaycanca, 12 декабря 2025 19:43 (UTC +04:00) 924
Hava şəraiti ilə bağlı gəmilərə

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edir.

Bu barədə Trend-ə Agentliyin İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Pərvanə İmanova məlumat verib.

Xəbərdarlığa əsasən, dekabrın 13-ü axşamdan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi 14-ü gündüz saatlarına kimi davam edəcək.

Həmin günlər ərzində şimal-qərb və şimal küləyinin 18-23 m/s, arabir 28-33 m/s, açıq dənizdə isə 35-38 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyünün 3.0-4.0 m, sonrakı inkişafda 5.5-7.5 m. çatacağı proqnozlaşdırılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости