Həyətdə qar təmizləməyin faydaları

Həyətdə qarın əl ilə təmizlənməsi idman zalındakı məşqi əvəz edə bilər.

Day.Az Axşam.az-a istinadən xəbər verir ki, məşqçi sözlərinə görə, əl ilə qar təmizləmə eyni anda bir neçə əzələ qrupunu işə salır, güc və dözümlülük elementlərini, əyilmə və çömbəlmə hərəkətlərini, həmçinin soyuq şəraitdə aktiv termorequlyasiyanı özündə birləşdirir.

Fizioloji baxımdan bu cür yük idman zalında funksional və ya dairəvi məşqlərlə müqayisə oluna bilər.

Aktiv şəkildə qar təmizlənməsi zamanı bir saat ərzində 550 kilokaloriyədək enerji sərf olunur ki, bu da yüngül qaçış və ya intensiv fitnes məşqləri zamanı yandırılan kaloriyaya yaxındır.