https://news.day.az/azerinews/1810873.html Mətbəxdəki gizli təhlükə - Duz qabınızda bakteriya yaşayır Araşdırmalar göstərir ki, mətbəxdə tez-tez istifadə olunan duz və digər ədviyyat qablarında Salmonella bakteriyası yaşaya bilər. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, Rutgers Universitetinin alimləri müəyyən edib ki, bu qablar nadir hallarda yuyulub dezinfeksiya olunur və bu da bakteriyaların yayılmasına şərait yaradır.

Mətbəxdəki gizli təhlükə - Duz qabınızda bakteriya yaşayır

Azərbaycanca, 22 января 2026 01:33 (UTC +04:00) 357
Mətbəxdəki gizli təhlükə

Araşdırmalar göstərir ki, mətbəxdə tez-tez istifadə olunan duz və digər ədviyyat qablarında Salmonella bakteriyası yaşaya bilər.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, Rutgers Universitetinin alimləri müəyyən edib ki, bu qablar nadir hallarda yuyulub dezinfeksiya olunur və bu da bakteriyaların yayılmasına şərait yaradır.

Mütəxəssislərə görə, çiy ətlə təmasdan sonra əllər yuyulmadan duz qabına toxunmaq onu çirkləndirə bilər. Tədqiqat zamanı ədviyyat qablarının təxminən yarısında bakteriya izlərinə rast gəlinib.

Qida zəhərlənməsindən qorunmaq üçün mətbəxdəki səthlərin, doğrama taxtalarının və ədviyyat qablarının mütəmadi olaraq yuyulması və dezinfeksiya edilməsi tövsiyə olunur.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости