https://news.day.az/azerinews/1812151.html "Nikosayağı" 3 ildən sonra ilk dəfə - VİDEO Sosial şəbəkələrdə "Nikosayağı" adı ilə tanınan bloger Nicat Şakirli uzun fasilədən sonra ilk dəfə şəxsi görüntüsünü paylaşıb. Day.Az Mətbuat.Az-a istinadən xəbər verir ki, o, başına gələn ağır yol-nəqliyyat hadisəsindən sonra sosial media hesablarındakı bütün paylaşımları silmişdi.

"Nikosayağı" 3 ildən sonra ilk dəfə - VİDEO

Azərbaycanca, 27 января 2026 09:37 (UTC +04:00) 354
"Nikosayağı" 3 ildən sonra ilk dəfə

Sosial şəbəkələrdə "Nikosayağı" adı ilə tanınan bloger Nicat Şakirli uzun fasilədən sonra ilk dəfə şəxsi görüntüsünü paylaşıb.

Day.Az Mətbuat.Az-a istinadən xəbər verir ki, o, başına gələn ağır yol-nəqliyyat hadisəsindən sonra sosial media hesablarındakı bütün paylaşımları silmişdi.

Xatırladaq ki, 2023-cü ilin avqust ayında Nicat Şakirli idarə etdiyi "Porsche" markalı avtomobillə yük maşınına çırpılıb. Hadisə zamanı avtomobildə olan dostu Ruslan Məmmədov həyatını itirib. Nicat Şakirli isə ağır xəsarətlər alıb və sağ qolu dirsəkdən amputasiya olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə bloger 5 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunmasını məqsədəuyğun hesab edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости