Azərbaycanda internet şəbəkələrinin qiymətləndirilməsi geniş texniki parametrlər əsasında aparılacaq - "Ookla"
Azərbaycanda internet şəbəkələrinin performansının qiymətləndirilməsi təkcə sürət göstəriciləri ilə məhdudlaşmayacaq, daha geniş texniki parametrlər əsasında aparılacaq.
Day.Az xəbər verir ki, bu fikirləri "Ookla"nın prezidenti və Baş İcraçı Direktoru (CEO) Stephen Bye bu gün Bakıda keçirilən Azərbaycan Qonaqpərvərlik Sahəsində Bağlantı Sammitində çıxışı zamanı deyib.
"Sürətdən daha artığını ölçürük. Bu göstəricilər şəbəkələrin real keyfiyyəti və istifadəçi təcrübəsi barədə daha dərin anlayış verir. "Ookla"nınekosisteminə daxil olan "Down Detector" xidməti isə tətbiq və rəqəmsal platformalarda baş verən kəsintiləri real vaxt rejimində izləyir. Hazırda bu sistem dünya üzrə 25 minə yaxın xidməti və təxminən 60 ölkəni əhatə edir , problemləri istifadəçi siqnalları əsasında müəyyən edir. Bundan əlavə, Ekahau həlli vasitəsilə Wi-Fi şəbəkələrinin performansı ölçülür. Hər il 4 milyondan çox giriş nöqtəsinin keyfiyyət göstəriciləri təhlil edilir".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре