https://news.day.az/azerinews/1816120.html Oqtay Kamil ağlayaraq efirdən GETDİ - VİDEO "Günə Uğurla" verilişində duyğusal anlar yaşanıb. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, proqramın qonağı olan meyxanaçı Oqtay Kamil efirdə yaxın dostu, mərhum söz ustası Xəyyam Əhmədlinin ifa etdiyi mahnıları eşidib və onun görüntülərini izləyib. Studiyada nümayiş olunan kadrlar Oqtayı kövrəldib.

Oqtay Kamil ağlayaraq efirdən GETDİ - VİDEO

Azərbaycanca, 14 февраля 2026 12:54 (UTC +04:00) 348
Oqtay Kamil ağlayaraq efirdən

"Günə Uğurla" verilişində duyğusal anlar yaşanıb.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, proqramın qonağı olan meyxanaçı Oqtay Kamil efirdə yaxın dostu, mərhum söz ustası Xəyyam Əhmədlinin ifa etdiyi mahnıları eşidib və onun görüntülərini izləyib.

Studiyada nümayiş olunan kadrlar Oqtayı kövrəldib. O, göz yaşlarını saxlaya bilməyərək duyğusal anlar yaşayıb.

"Dost itkisi ağırdır. Bir gün görüşəcəyik..." sözlərini səsləndirən sənətçi hisslərinə hakim ola bilmədiyi üçün studiyanı tərk edib.

Canlı efirdə baş verən bu məqam izləyiciləri də təsirləndirib. Sosial şəbəkələrdə proqramdan yayılan görüntülər geniş müzakirə olunub, istifadəçilər mərhum meyxanaçını rəhmətlə anaraq Oqtay Kamilə dəstək mesajları yazıblar.

Qeyd edək ki, Oqtay Kamil və Xəyyam Əhmədli uzun illər dostluq münasibətləri ilə tanınıblar və eyni məclislərdə, tədbirlərdə birgə çıxış ediblər. 

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости